"Fəsillərin hikməti və ahəngi- Qış" adlı lahiyədə iştirak etdik.

70№-li məktəb-liseydə "Sağlam Təhsil" siniflərində təhsil alan ibtidai siniflərin iştirakı ilə "Fəsillərin hikməti və ahəngi- Qış" adlı lahiyə keçirildi. Bu lahiyə Pətək.İB-nin birbaşa dəstəklədiyi bir layihədir. Lahiyənin məqsədi şagirdləri ətrafda baş verənlərə yaradıcı yanaşmağa istiqamətləndirməklə onların təfkkürünü inkişaf etdirmək, sosiallaşma, ümumi məqsəd uğrunda birgə çalışmaq, ətraf mühitə və canlılara diqqət, mərhəmət, qayğıkeşlik, xeyirxahlıq, insansevərlik kimi dəyərləri aşılamaqdır. Bu baxımdan məktəbin 1"A"sinif şagirdləri yuvasız qalan quşlara yuvalar düzəldərək, məktəbin həyətində onları ağaclarda yerləşdirdilər. Hətta onlara yem üçün şərait yaradıb, vaxtlı- vaxtında yemlə təmin edirlər. Bu lahiyə bir maraqlı ideya kimi bütün şagirdlərin, valideynlərin və müəllimlərin diqqətini cəlb etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi