20 Yanvar- Qan yaddaşımızdır.

Nizami rayonu 70№-li məktəb-liseydə 19 yanvar 2017-ci tarixində 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd edildi.İlk olaraq səhər saatlarında bütün sinif şagirdləri məktəbimizin şəhidlərinin əziz xatirəsinə ucaldılan abidəni ziyarət etməklə siniflərə daxil oldular. Həmin gün bütün siniflərin təşkilat saatı məhz bu günə həsr olundu. Daha sonra 12.30-da məktəbin akt zalında “ 20 Yanvar- Qan yaddaşımızdır” adlı anım tədbiri keçirildi. Tədbir bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlandı. Şagirdlər şer parçaları, məktəbimizin xor kollektivinin musiqi nömrələri, bu hadisələr haqqında məlumat və video çarxlar nümayiş etdirdilər. Tədbir həm yuxarı sinif, həm də ibtidai siniflərin çıxışlarından ibarət idi. Tədbirdə bir daha vurğulandı ki, 20 Yanvar əbədi olaraq, həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi ürəklərdə daim yaşayacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi