Bilik Günü qeyd edildi

15 sentyabr 2023-cü il tarixində "Salam məktəb!" adlı tədbiri keçirilib. 

      Tədbirdə ilk olaraq Dövlət Himni səsləndirilib. Bundan sonra Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, məktəbin önündə yerləşən şəhid abidəsinə çiçək düzüldü. 

    Tədbiri məktəb liseyin direktoru Kəmalə Rəsulova açıq elan etdi. O, bu gün məktəb liseyin 1 ci sinfinə ilk dəfə qədəm qoymuş Şəhid Bayram Babaşlının övladı İlqar Babaşlının və Şəhid Vüqar Cəfərovun qardası qızı Arzu Cəfərlinin timsalında bütün şagirdləri təbrik etdi.

     Daha sonra təbrik üçün söz Nizami rayon İcra Hakimiyyəti Başçısı cənab Coşqun Cəbrayılova verildi . O, öz çıxışında müəllim və şagird kollektivini Bilik Günü münasibətilə təbrik edərək, xoş arzularını bildirdi. Tədbir birincilərin ilk zənginin çalınması ilə başa çatdı.

#SalamMəktəb 

#BakıŞəhəriüzrəTəhsilİdarəsi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi