"Həmrəylik festivalı" təşkil olundu

31 Dekabr Dünya Azərbaycanlılarını Həmrəylik Günü və Yeni İl münasibətilə məktəb liseyin psixoloqları Şəlalə Özgündüz və Aysel Kərimova tərəfindən keçirilmiş sorğulara görə şagirdlərin istək və arzuları bu dəfə "Həmrəlik festivalı"ilə həyata keçirildi. Festivalda 7-11 ci sinif şagirdləri müxtəlif nominasiyalar və rəngarəng musiqi nömrələri,mahnılarla iştirak edirdi.8 və 9 cu sinif şagirdləri meyve desertleri hazırlayıb,təqdim etdilər.Münsiflərin baxışından sonra seçim edilib,qaliblər açıqlandı.Beləliklə böyük coşqu və həyəcanlarla bayram festivalı baş tutdu...