"Erkən nikah və fəsadları” mövzusunda dəyirmi masa

Məktəb liseyin psixoloqları Şəlalə Özgündüz və Aysel Kərimova tərəfindən " Erkən nikah və fəsadları” mövzusunda maarifləndirici dəyirmi masa təşkil olunmuşdur.Iştirakçı qismində olan şagirdlər bir-birindən maraqlı məlumatlar,fikirlər söylədi.Bildiyimiz kimi ölkə qanunlarına əsasən 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır. 

Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.

   Olduqca aktual olan mövzu ətrafında faydalı məsləhətlər,problemin həlli yolunda lazimi fikirlər söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi