Məktəbimizdə “Sağlam Təhsil”-də təhsil alan siniflərdə “ Payız sərgisi” keçirildi.

“Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində yaradılan sağlam təhsil Bakıda 33, Sumqayıtda 1 məktəbdə pilot layihə olaraq həyata keçirilir.70 №-li məktəb-liseydə artıq 2 ildir ki, “ Sağlam təhsil” sinifləri fəaliyyət göstərir. 2016-cı i Noyabr ayının 15-də “Pətək” İB və “Sağlam Təhsil”in birgə layihəsi olaraq məktəbin I və II sinif şagirdlərinin quru yarpaqlardan hazırlanmış əl işləri üzrə “Payız sərgisi” keçirildi. Sərgidə məktəb direktoru, direktor müavinləri, müəllimlər və “Saglam Təhsil” layihəsinin xüsusi nümayəndələri Könül xanım və Nərmin xanım İştirak etdi. Sərgidə 1"A", 1"B", 2"A", 2"B" sinif şagirdləri öz əl işlərini nümayiş etdirdi. Bu əl işlərinə jüri tərəfindən baxış keçirildi və daha çox diqqət çəkən , maraqlı işləri seçərək növbəti tura keçirdilər. Bu seçilmiş əl işləri noyabr ayının 25-də “Pətək” İB-də baş tutacaq sərgiyə göndərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi