“Ölkəmizi tanıyaq və tanıtdıraq” layihəsində iştirak etdik.

Ölkə prezidenti İlham Əliyevin son illərdəki sərəncamlarından biri olan “Ölkəmizi tanıyaq və tanıtdıraq” layihəsində hər il olduğu kimi bu il Nizami rayonu 70 №-li məktəb-liseyin şagirdləri iştirak etdilər. Bu il 2016-cı il 17-20 noyabr tarixlərində məktəbin 9"A"sinif şagirdləri Muradov Murad və Əlizadə Samir bu layihənin iştirakçıları oldular. Nizami rayon məktəbliləri ilk olaraq Nizami rayon İcra Hakimiyyətinə yığışaraq H.Əliyev abidəsinə gül dəstələri qoymuş və ulu öndərin əziz xatirəsini yad etmişər. Sonra onlar üçün təyin olunmuş avtobuslarla yola düşüblər. Ilk dayanacaq Salyan rayonu oldu. Daha sonra Masallıda H.Əliyev mərkəzi ilə tanışlıqdan sonra şagirdlər Lənkərana yola düşmüş, orada “ASAN” xidmət mərkəzi, “Gənclər” muzeyi və “ABAD” –la tanış olmuşlar. Ekskursiya bitdikdən sonra şagirdlər “Qafaz Resort Hotel Lankaran”da dincəlmişlər. Səhəri gün şagirdlər Lənkəran Dövlət Dram Teatrında “Hacı Qara” əsərinə tamaşa etmiş və tamaşadan sonra “Botanika və Sitrus” Bagına ekskursiyaya getmişlər.Daha sonra Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslnovun ev muzeyində olmuş və orada H.Aslanovun həyatından bəhs edən sənədli filmə baxmışlar. Günün sonunda 60 komandadan ibarət “Breyn-Rinq” bilik yarışı keçirilmişdi, bu yarışda Nizami rayonu 5-ci yerə layiq görülmüşdür. Beləliklə, bu layihə uğurla başa çatmış, şagirdlərin yaddaşında dərin iz buraxmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi