9 Noyabr – Dövlət Bayrağı Günüdür.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.Prezident İlhan Əliyev 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə hər il noyabr ayının 9-u bütün ümumtəhsil məktəblərində “Dövlət Bayrağı Günü” kimi qeyd edilir. 70 №-li məktəb-lisey 2016- il noyabr ayının 8-i çox möhtəşəm tədbir keçirdi. Səhər 7.30 radələrində bütün şagird və müəllim kollektivinin iştirakı ilə hər kəsin əlində bayraq olmaqla məktəbin həyətində 3 dəfə dövrə vuraraq Bayraq yürüşü təşkil olunmuşdu. Bu yürüş hər kəsdə çox böyük fəxr, qürur hissi yaradaraq bayrağımıza olan sevgi və hörməti bir daha artırdı. Yürüş 15 dəqiqə davam etdi. Həmin gün 13.00-da məktəbin akt zalında “Bayrağımız qürur mənbəyimizdir” adlı musiqili-ədəbi kompozisiya keçirildi. Tədbirdə pedoqoji kollektiv, şagird və valideynlər iştirak edirdilər. Əsasən 9,10,11-ci sinif şagirdləri öz çıxışlarını təqdim etdilər. Bu günün əhəmiyyətindən və tarixindən tarix və ədəbiyyat fənn müəllimləri geniş bəhs etdilər. Həmçinin digər ölkələrin bayraqları haqqında maraqlı məlumat verildi. Sonda 11-ci sinif şagirdlər tərəfindən hazırlanmış video çarx təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi