" Bir dastanın igidi,bir igidin dastanı" Şuşa fatehi

Mən Əliyev Taleh Zaman oğlu 28 avqust 1979-cu ildə Naxçıvan MR Babək rayonu Cəhri kəndində anadan olmuşam. Azərbaycanlıyam. 

1986-cı ildə Babək rayonu, Cəhri kəndində Qəzənfər Əkbərov adına orta məktəbə daxil olmuşam. 

1996-cı il tarixədək həmən məktəbdə təhsil almışam. 1996-cı ildən 2000-ci ilə qədər təhsilimi Bakı Ali Birləşmiş komandirlər məktəbində davam etdirmişəm. Məktəbi bitirdikdə mənə “leytenant” hərbi rütbəsi verilmiş və Müdafiə Nazirinin əmrinə əsasən xidməti davam etdirmək üçün Qusar rayonunda N saylı hərbi hissəyə göndərilmişəm. 22.07.2000-ci il tarixində N nömrəli hərbi hissənin Tank əleyhinə taqım komandiri vəzifəsinə təyin olunmuşam, 03.04.2001–ci il tarixdə Pereşükül y.m N nömrəli hərbi hissənin artilleriya divizionunda taqım komandiri vəzifəsinə təyin olunmuşam. 03.12.2001-ci il tarixində Qusar rayonunda N nömrəli hərbi hissənin Artilleriya divizionunun batareya komandiri vəzifəsinə təyin olunmuşam, 20.03.2010-cu il tarixində Artilleriya divizionunun qərargah rəisinin MTT üzrə köməkçisi vəzifəsinə təyin olunmuşam, 20.03.2012-ci il tarixində Ağcəbədi rayonunda N nömrəli hərbi hissənin Artileriya divizionunun qərargah rəisinin MTT üzrə köməkçisi vəzifəsinə təyin olunmuşam, 30.12.2012-ci il tarixində artilleriya divizionunun qərargah rəisi vəzifəsinə təyin olunmuşam,15.02.2016-cı il tarixində Beyləqan rayon N nömrəli hərbi hissənin artilleriya divizion komandiri vəzifəsinə təyin olunmuşam,29.12.2018-ci il tarixində Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicisi təyin olunmuşam təhsilimi qiyabi davam etdirmişəm və əyani olaraq Türkiyə Cümhuriyyətində Milli savunma universitedində KARSU və Komta Kurmay kurslarını bitirərək yüksək lisans d və magistır diplomlarını qazanmışam 10.08.2020-ci il tarixdə Beyləqan rayonunda N saylı hərbi hissənin artilleriya rəisi təyin olunmuşam 10.04.2022-ci il tarixində 2-ci Qarabağ müharibəsində xəsarətlərə görə ehtiyyata buraxıldım.

Mənə 22.07.2000-ci il tarixdə “leytenant”, 25.06.2003-cü il tarixdə “baş leytenant”, 27.12.2007-ci il tarixində “kapitan” 26.06.2013-cü il tarixində “mayor” 26.06.2018-ci il tarixində “polkovnik-leytenant” hərbi rütbələri verilmişdir.

01-05.04.2016-ildə Lələilahi yüksükləyinin azad olunması uğrunda gedən döyüşlərdə və 2-ci Qarabağ müharibəsində Füzulinin,Qubadlının,Xocavəndin və Şuşanın azad olunmasında iştirak etmişəm.

                       Təltiflərim

Azərbaycan Respunlikası Prezident adından:"Bayraq"ordeni,"Füzulinin azad olunmasına görə","Qubadlının azad olunmasına görə","Xocavəndin azad olunmasına görə","Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşam.

Azərbaycan Respublikasının Prezidentinin adından Müdafiə naziri tərəfindən "Qüsursuz xidmətlərə görə 1-ci,2-ci,3-cü dərəcəli " medallar " Xidmətdə fərqlənmələrə görə 2-ci,3-cü dərəcəli" medallarla "Ordunun yaranmasının 10-illik,90-illik,95-illik,100-illik yubiley"medalları ilə "Silahlı Qüvvələr Veteranı" medalı ilə təltif olunmuşam.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi