Məktəbəqədər hazırlıq kursu yekunlaşdı

BŞTİ-nin tabeliyindəki məktəblərdə dövlət büdcəsinin vəsaiti hesabına məktəbəhazırlıq qrupları təşkil edilir.Məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

   Məktəbəhazırlıq qruplarının əsas məqsədi 5 yaşlı uşaqları məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.Burada “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün (12 saat) keçirilir. Gün ərzində 3 məşğələ tədris olunan qruplarda məşğələnin müddəti 30 dəqiqədir.

 Məktəb liseydə 4 sinif məktəbəhazırlıq qrupları təşkil olunmuşdu.Təlimata əsasən bu gün mktəbəhazırlıq qrupların son dərs günü oldu.Rəhbərlik tərəfindən fidanlar təbrik edilib,"Uğur sertifikatı" ilə təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi