" Teknofest" qalibi

Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilib.
“TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunub.
Tədbirdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı olub.
Məktəb liseyi 7 D sinif şagirdi Tağıyev Fərid Vüqar oğlu festivalın "Robotexnika" müsabiqəsinin final mərhələsində iştirak görə Sertifikatla təltif olunmuşdur.Fəridi əldə etdiyi uğura görə ürəkdən təbrik edirik !