31 mart Azərbaycanlıların Soyqırımı Günü

30 mart 2022-ci il tarixdə 70 nömrəli məktəb-liseydə Nizami RIH və Nizami rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Nizami rayon məktəbliləri arasında 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilmişdir.
Əvvəlcə 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” qurbanlarının xatirəsi Bir Dəqiqəlik Sükut ilə yad edilmişdir.
Nizami rayon Gənclər və İdman İdan İdarəsinin məsul əməkdaşları Mənzər Rzayeva və Tural İsmayılov , 70 nömrəli məktəb liseyin direktoru Kəmalə Rəsulova çıxış edərək müsabiqə iştirakçılarına öz ürək sözlərini bildirdilər.
Sonra müsabiqəyə start verildi. Müsabiqə iştirakçıları xalqımızın qanlı tarixinin səhifələrindən biri olan 31 Mart faciəsini öz təxəyyülləri ilə canlandırdılar .
Müsabiqənin yekununda münsiflər heyətinin rəyinə əsasən qaliblər bu qayda ilə müəyyən olunmuşdurlar :
Böyük yaş qrupu:
I yer- Sima Qarayeva - 70 nömrəli tam orta məktəb
II yer- Sevic Eyyubzadə - 201 nömrəli tam orta məktəb
III yer- Aydan Məmmədova - 229 nömrəli tam orta məktəb
Orta yaş qrupu:
I yer- Türkan Yunusova - 328 nömrəli tam orta məktəb
II yer- Nəzrin Zeynallı - 129 nömrəli tam orta məktəb
III yer- Fidan Quliyeva - 61 nömrəli tam orta məktəb
İştirakçılar:
1. Nuray Əlizadə -312 nömrəli tam orta məktəb
2. Sonaxanım Dadaşova -145 nömrəli tam orta
məktəb
3. Zəhra Qasımzadə - 251 nömrəli tam orta məktəb
4. Dəniz Abdullazadə - 227 nömrəli tam orta
məktəb
5. Mehriban Mehdizadə - 238 nömrəli tam orta
məktəb
6. İlham Mansurlu - 272 nömrəli tam orta məktəb
7. Vüsal Qurbanlı -109 nömrəli tam orta məktəb
8. Nuray Bayramlı -12 nömrəli tam orta məktəb
9. Nərmin Nuruzadə - 210 nömrəli tam orta məktəb
10. Arzu Kərimli -32 nömrəli tam orta məktəb
11. Aytən Cəfərova -10 nömrəli tam orta məktəb
12. Yağmur Tağızadə - 61 nömrəli tam orta məktəb
Müsabiqənin qalib və iştirakçılarına təşəkkürümüzü bildiririk.