Məzun Şəhid XTQ Vüqar Cəfərovun doğum günüdür

Martın 23-də Nizami rayonunda Vətən müharibəsi məktən liseyin Məzun Şəhidlərindən olan Cəfərov Vüqar İnşallah oğlunun doğum günündə əziz xatirəsi yad olunub. Bununla əlaqədar məktəb liseyin Şəhidin adını daşiyan 5 A sinif şagird,valideynləri,Şəhidin sinif rəhbəri olan Tamella Cabbarova,təşkilatçı müavin Mətanət Rüstəmova, YAP Nizami rayon təşkilatı və s nümayəndələr şəhidin xatirə kompleksinin qarşısında tədbirdə iştirak etmişlər.

Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, abidə kompleksinin önünə gül dəstələri düzümüş,öz çıxışlarında müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar.

Şəhid Vüqar Cəfərovun atası İnşallah Cəfərov da çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, gələn hər kəsə ailə adından razılığını bildirdi.Tədbirdə şagirdlər vətənpərvərlik şeirləri səsləndirimişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi