18 Oktyabr-Dövlət Müstəqilliyi Günündür.

Hər il olduğu kimi məktəbimizdə 18 Oktyabr – Dövlət Müstəqillik Gününün 25-ci ildönümünə həsr olunmuş “Müstəqillik əbədidir, sarsılmazdır” adlı tədbir keçirildi. Tədbir məktəbin xor kollektivinin ifasında Dövlət Himninin oxunması ilə başladı. Tədbirdə tarix müəllimlərindən Abbasova Nilufər bu günün şanlı tarixindən və əhəmiyyətindən danışdı. Məktəbin 11"A" sinif şagirdləri Hüseynov Əhməd və Əhmədov Kamran tərəfindən hazırlanmış video çarx təqdim olundu. Həmçinin şagirdlər tərəfindən divar qəzetləri , plakatları, rəsm işləri nümayiş etdirildi. Tədbir məktəbin ədəbiyyat müəllimi İsmayılova Vəfanın rəhbərliyi ilə təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi