Ana dilim-Şirin dilim

Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.

Dil hər bir xalqın maddi və mənəvi irsini simvolizə edən və onu formalaşdıran ən güclü vasitədir.

21 Fevral bütün dünyada " Beynəlxalq Ana Dili Günü" kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi elan olunmuşdur.

   Məktəb liseyin Azərbaycan dili müəllimi Zeynəb Səfərovanın təşkilatçılığı ilə VII sinif şagirdləri arasında Ana dili Gününə həsr olunmuş "Bilik yarışı " keçirildi.

  "Dəmir Yumruq ", "Xarıbülbül ","Everest" və "Zəfər yolu " komandaları öz biliklərini sınadılar. Münsiflər heyətinin qərarına əsasən " Zəfər yolu" komandası digər komandalardan yüksək nəticə göstərərək qalıb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi