Unutmadıq-unutdurmarıq

Tədbirlər planına əsasən,17 yanvar tarixində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş xüsusi dərs keçirilib. Məktəbin 7-ci sinif şagirdlərinin iştirakı ilə baş tutan görüş ilk olaraq torpaq uğrunda canlarından keçən bütün Şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edərək başlandı. 20 Yanvar hadisələrini əks etdirən video çarxlar, şagirdlərin araşdırma xarakterli çıxışları, azadlıq, Vətən sevgisi haqqında aforizmlər və bir çox müzakirələr təqdim edildi. Yekunda məktəbimizin Azərbaycan dili müəllimi Zeynəb Səfərova 1990-cı ildən başlayan Azadlıq hərəkatından 44 günlük Vətən müharibəsinədək gələn qürurverici tarixdən, Böyük Zəfərdən bəhs edən çıxışı ilə dəyirmi masanı yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi