Şəgid məzun Kapitan Teymur Qaraisayev

2021-ci il Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən baş verən qəzada həlak olanlardan məktəb liseyimizin məzunu Qaraisayev Teymur Ənvər oğlununun II Fəxri xiyabandaki məzarı ziyarət edildi.

Hadisədən 40 gün keçməsinə baxmayaraq, deyiləcək söz çoxdur, amma yara sağalmaz, gedən geri dönməz. Məktəb liseyin direktoru Kəmalə Rəsulovanın rəhbərliyi ilə şəhidin övladı 5D sinif şagirdi Aylin, sinif yoldaşları, sinif rəhbəri və valideynlər Fəxri Xiyabanı ziyarət etmiş, Teymurun timsalında bütün şəhidlərimizi böyük ehtiramla yad etmişdir. Ziyarətdə bizimlə olan şəhidimizin həyat yoldaşı Leyla xanıma bundan sonrakı çətin, həm də şərəfli yolda daha möhkəm və səbrli olmağı arzu edirik. Ruhun şad olsun Kapitan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi