" Uşaq hüquqları aylığı "na həsr olunmuş açıq dərs

“Uşaq hüquqları aylığı” ilə əlaqədar olaraq Şəhid Vüqar Cəfərov adına 5A sinfi açıq dərs təqdim etdi.

“Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.Dərsdə şagirdlər hüquq və vəzifələri haqqinda maraqlı məlumatlar,video çarxlar təqdim etdi.Daha sonra şagirdlərarası 4 komanda şəklində yarış keçirildi.Komandalara-Dəmir yumruq,Zəfər,Qarabağ,Xarı bülbül kimi böyük məna kəsb edən adlar verilmişdi.Aparıcı tərəfindən verilən suallara cavablar verilir, düzgün nəticə ekranda göstərilirdi.Məktəb direktoru Kəmalə Rəsulova şagirdlərin səlist fikir söyləmə,maraqlı faktalara əsaslanmış işləri yüksək qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi