" Uşaq hüquqlarını bilək və qoruyaq " adlı tədbir

“Uşaq hüquqları aylığı” ilə əlaqədar olaraq 70 Nli məktəb liseyin 5 ci siniflər arasında ardıcıl tədbirlər keçirildi.

 Aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici video çarxlar, bukletlər,təqdimatlar,divar qəzetləri “Açıq dərs” və tədbir kimi müxtəlif işlər təhvil verildi.

5 A - maarifləndirici açıq dərs

5 B-təqdimat,musiqilər

5 C-divar qəzetləri,slaydlar

5 Ç-video çarx,bukletlər

5 D-divar qəzetləri,təqdimatlar

5 E-divar qəzeti,plakatlar 

5 Ə- sinfi və sinif rəhbəri Aynur Əhmədova tərəfindən isə yekun olaraq maarifləndirici,musiqi və əyləncəli "Uşaq hüquqlarını bilək və qoruyaq " adlı tədbir təqdim olundu.Təqdim olunan işlər rəhbərlik tərəfindən izlənildi.Tədbirlərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verildi.

 Vətən Müharibəsi dövründə Ermənistan tərəfinin Azərbaycanın mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində 10-dan çox uşağın həlak olması, 50 nəfərinin yaralanması, bir çox uşağın isə valideynlərini itirmələri barədə məlumat verilmişdi.Kaş ki,uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməyib, müharibənin fəsadlarından əziyyət çəkməyəydilər. Bundan başqa maraqlı səhnəciklər,musiqi nömrələri xoş anlar yaşatdı.Sonda məktəb direktoru Kəmalə Rəsulova belə nümunəvi işlərin davamlı olmağını,uşaqların öz hüquqlarını bilib,vəzifələrini isə düzgün icra etmələrini arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi