"Xarıbülbülə qayıdış" adlı yekun tədbir

Böyük Zəfər günü münasibətilə silsilə tədbirlərin yekunu olaraq 5 noyabr tarixində 70- Nli məktəb liseyin IV sinifləri "Xarıbülbülə qayıdış" adlı tədbir hazırlamışdır. Tədbir ilk olaraq Azərbaycan Dövlət himninin səslənməsilə , daha sonra Şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlandı. Kiçik səhnəciklər, şeir parçaları, rəqs və musiqi nömrələri hər kəsdə əsl bayram əhval ruhiyyəsi yaşatdı.

 Sonda məktəb liseyin direktoru Kəmalə Rəsulova öz çıxışında bizə bu qələbəni yaşadan Ali baş Komandanımıza, Müzəffər Ordumuza, qanından , canından keçən igid oğul və qızlarımıza təşəkkür etdi. Gözəl ruh yüksəkliyi ilə öz çıxışlarında Vətən , Torpaq sevgisini büruzə verən şagirdlərə , vətənpərvər şagirdlər yetişdirən müəllimlərə, valideynlərə, əziyyəti olan hər kəsə təşəkkür edərək, belə vətənpərvər gənc nəsil yetişdiyi üçün qürurlandığını vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi