Şəhid Məzun Oqtay Ağabəyovun xatirə abidəsi

70 Nli məktəb lisey Şəhid Məzunlarından olan Oqtay Ağabəyovun şəhadət günündə yaşadığı binanın qarşısında xatirə kompleksinin açılışı olub.

Tədbirdə şəhidin ailəsi,70Nli məktəb lisey rəhbərliyi,oxuduğu müddətdə Oqtaya dərs deyən sinif rəhbəri və bir sıra müəllimlər,Nizami RIH rayon İcra müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov həmçinin, döyüş yoldaşları, dostları və başqaları şəhid haqqında xatirələrini, onun igidliyi, şücaəti barədə danışıblar.

 Azərbaycan Ordusunun əsgəri olan Oqtay Ağabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı gedən döyüşlərdə vuruşub, böyük şücaət, igidlik nümayiş etdirib, şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Oqtay Ağabəyov ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 Sonra abidənin açılışı olub, önünə gül dəstələri düzülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi