Ulu Öndər-98 adlı onlayn tədbir keçirildi

10 may adını Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazmış Dahi Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümüdür.

Ömrünü xalqı və Vətənin yüksəldilməsinə və inkişafına sərf edən Heydər Əliyevin irsinin öyrənilməsi hər bir azərbaycanlının öhdəsinə düşən vəzifədir. 

Məktəb liseyin tarix müəllimləri R. Ağayeva, G. Niftəliyeva və X.Əliyevanın təşkilatçılığı ilə Dahi rəhbərin anadan olmasının 98-ci ili onlayn dəyirmi masa təşkil olundu. Məktəbin 9-cu sinif şagirdi S. Qarayeva Ulu öndərin həyatı”, 10-cu sinif şagirdləri R. Sarıyev “H.Əliyevin xarici siyasəti”, R. Məcidov “H.Əliyev və neft siyasəti”, F. Əhmədzadə “Heydər Əliyev və təhsil”, C. Hüseynova ingilis dilində " Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti", 8-ci sinif şagirdi Ə.Əliyev “İlham Əliyev ata vəsiyyətini yerinə yetirən oğul!” adlı məruzə ilə çıxış etdilər. Şagirdlər tərəfindən hazırlanan təqdimatlar nümayiş olundu.

Hər zaman qəlbimizdə yaşayan ulu öndərimizi dərin hörmət və minnətdarlıqla anırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi