Uşaq Səfirliyinə üzv seçilən şagirdimiz

70 Nömrəli Məktəb-liseyin 10 B sinif şagirdi Paşayeva Mədinə Sahib qızı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Azərbaycan Uşaq Səfirlər Məclisinə üzv seçildi.

Uşaq Səfirlər Məclisi 1 iyun 2020-ci ildə fəaliyyətə başlamışdır. Məclisin fəaliyyəti uşaqların səsini dünyaya çatdırmaqdır. Onları narahat edən məsələlərlə bağlı müzakirələr aparan, bu istiqamətdə işlər həyata keçirən uşaqların toplusudur. Cəmiyyətin diqqətini uşaq hüquqlarının müdafiəsinə yönəltmək, bu işdə uşaqların iştirakını və fəallığını artırmaq, onlar arasında şəbəkələşməni yaratmaq, həmçinin fikir mübadiləsi apararaq uşaqları bu gün maraqlandıran məsələləri müzakirə etməkdir.

Məktəbimizin şagirdi Paşayeva Mədinəni təbrik edir, bu yolda ona uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi