"Ana dilim-mənim kimliyindir" adlı onlayn tədbir keçirildi

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

70 Nli məktəb lisey Microsoft platforması üzərindən onlayn şəkildə tədbir keçirildi.Muradova Ramizə və digər Ana dili fənn müəllimlərinin və 5-9 cu sinif şagirdlərin birgə hazırladığı tədbir çox maraqli hazırlanmışdı.Ana dilimizin qədim tarixindən,dərinliyindən ibarət çıxışlar, şerlər görüşə rəng qatdı.Tədbir milli rəqs,mahnı və şeir nümunələri zəngin idi.Çıxış edən müəllimlər bir daha dil haqqında dəyərli fikirlər söylədi. 

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.Sonda məktəb lisey direktoru çıxış edərək,bu görüşdən razılıģını bildirərək,istedadlı çıxışlara görə şagirdlərə məmnunluq hissini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi