" Müzəffər Ordumuza minnətdaram " adlı şeir müsabiqəsinə yekun verildi

   20-25 yanvar 2021- ci il tarixində 5-9 cu sinif şagirdləri arasında " Qarabağa böyük qayıdışı bizə qaytaran Müzəffər Ordumuza minnətdaram " adlı şeir müsabiqəsi elan olunmuşdu. Müsabiqə Microsoft teams platforması uzərindən onlayn şəkildə təşkil olunmuşdu. Müsabiqə 2 tur və final mərhələsindən ibarət idi. Müsabiqəni izləmək və dəyərləndirmək üçün məktəb direktoru ,təşkilatçı müavin və Azərbaycan dili və ədəbiyyat fənn kabinet müəllimləridən ibarət münsiflər heyəti yaradılmışdı. Münsiflər iştirakçıları müəyyən tələb və uyğunluğa görə dəyərləndirirdilər. Belə ki, xarici görünüş, təqdimat,dil üslubu, tərtibat, qiraət və s kimi meyarlara xüsusi diqqət yetirilirdi.  21 yanvar taixində 5-6 cı, 22 yanvar tarixində isə 7,8 və 9 cu sinif şagirdləri üçün seçim turu baş tutdu.Hər iki turdan seçilənlər sonuncu final turuna keçid aldı.25 yanvar isə qaliblərin açıqlandığı,final mərhələsi təşkil olundu.Sonda məktəb liseyin direktoru İsmayılova Ülviyyə xanım qaliblərin adlarını açıqlayaraq, onları təbrik etdi..Hazırlanmış diplomlar şagidlərə virtual olaraq göndərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi