I yarımillik qiymətləndirmə ilə bağlı pedoqoji şura keçirildi

22 yanvar 2021-ci il tarixində 70 N li məktəb lisey Pedaqoji Şuranın növbəti onlayn iclasını keçirilib. Məktəb liseyin direktoru Ülviyyə İsmayılova ll-XI siniflər üçün məktəbdaxili qiymətləndirmənin keçirilməsi ilə bağlı qaydalar haqqında məlumat verdi. Qaydalar müəllimlərə izah olundu. Sinif rəhbərlərinə dərslərə mütəmadi qoşula bilməyən şagirdlərin valideynləri ilə söhbət apararaq həmin şagirdlərin qiymətləndirmədə iştirakını təmin etməyi və internetə çıxışı olmayan şagirdlərin siyahısını dəqiqləşdirilərək məktəb rəhbərliyinə təqdim olunmasını tapşırdı. Qiymətləndirmə müddətində şagirdlərin kamera və mikrofonları açıq saxlanılmasını, qiymətləndirmə vasitəsinin hər bir fənn üzrə I yarım il ərzində həyata keçirilən məzmun standartları əsasında tərtib olunmasını, sualların 4 çətinlik səviyyəsində hazırlanmasına və qiymətləndirmə nəticələrinin 100 ballıq şkala ilə ölçülməsinə xüsusi diqqət etməyi qeyd etdi. Direktor müavinləri və fənn müəllimlərinin təklifləri dinlənildi, onların suallarına aydınlıq gətirildi.