20 Yanvar- 31 illik Qan Yaddaşımız adlı onlayn tədbir keçirildi

70 N li məktəb lisey tədbirlər planına əsasən 20 Yanvar - faciəsinin 31 illik yubileyinə həsr olunmuş silsilə olaraq onlayn fəaliyyətlər nəzərdə tutulmuşdur. Rəsm işləri, video çarxlar, təqdimatların hazırlanması,tədbirlər həftəiçi ardıcıl olaraq təqdim olunacaq.

19 uanvar 2021- ci tarixində " 20 Yanvar- Azadlığa gedən yolun zirvəsidir ” adlı görüş tarixi xronologiya, mövzunun tam əhatəliyi və şagirdlərin dolğun cıxışları ilə zəngin idi. Şeir söylənildi, musiqili video çarxlar nümayış etdirildi. Sonda məktəb liseyin direktoru Ülviyyə İsmayılova çıxış edərək 31 illik Qan yaddaşımizın içimizdəki yaralarından söz açaraq, Şanlı Qələbə ilə tamamlanan tarixə nəzər salıb, öz fikirlərini söylədi. Tədbirdə direktor müavinləri və fənn müəllimləri də qonaq qismində iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi