," Qarabağım bir naxışdır " adlı rəsm müsabiqəsinin yekunu

18 yanvar tarixində 70 Nli məktəb lisey "Qarabağım bir naxışdır " adlı onlayn rəsm müsabiqəsinin yekunu və qaliblərin elan olunması ilə bağlı məktəb rəhbərliyi, rəsm müəllimləri və müsabiqə ìştirakçılarının iştirakı ilə Microsoft teams platforması üzərindən gõrüş keçirildi. Məktəb - liseyin direktoru Ülviyyə İsmayılova Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər Ordunun Qarabağ müharibəsində qazandığı böyük Qələbə barəsində şagirdlərlə söhbət etdi. Şagirdlərin təqdim edilmiş mövzuya böyük həvəslə yanaşmasını alqışladı, qalıbləri təbrik etdi. Təşkilatçı müavin Mətanət Rüstəmova çıxış edərək rəssam şagirdlərin adlarını məktəb liseyin İstedad bankına daxil edilməsini qeyd etdi. Rəsm müəllimi Bəxtəvər Xudiyeva şagirdləri gələcəkdə də təşkil ediləcək müsabiqələrdə aktiv olmağa səslədi. Qaliblərə "Fəxri fərman”lar gõndərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi