Fənn olimpiadasının məktəb turu keçirildi

16 yanvar tarixində Respublika Fənn Olimpiadaların məktəb turu təşkil olundu. Olimpiadada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya və tarix fənləri üzrə 135 nəfər VIII -XI sinif şagirdi iştirak edib. Olimpiada Microsoft Teams platforması üzərindən keçirildi. Məktəb turunda yüksək nəticə göstərən şagirdlər növbəti mərhələdə iştirak edəcək.