“Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi qeyd olunub.

   70 Nli məktəb lisey 18 dekabr 2020- cil tarixində Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi  7Ç sinfində distant dərsdə qeyd edildi. Məktəbin tarix müəllimi Sevda Həmzəyeva öncə şagirdlərə Əhmədiyyə Cəbrayılov haqqında  ümumi məlumat verdi.  Sinif şagirdləri əfsanəvi qəhrəman haqqında topladıqları maraqlı məlumatları  söylədi, hazırladıqları təqdimatları nümayiş etdirdilər.  Təqdimatda qəhrəmanın həyat və fəaliyyətini əks etdirən materiallar, fotolar, mükafatları, haqqında yazılmış məqalələr təqdim olundu. Sonra onun oğlu Milli Qəhrəman Mikayıl Cəbrayılovun  I Qarabağ döyüşlərindəki şücaətindən söhbət açdılar. M.Cəbrayılovun  timsalında Şanlı Qələbəmizdə şücaət göstərmiş, tarixə iz qoyan igidlərimiz hörmətlə anıldı.                                       

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi