Qarabağ Azərbaycandır! adlı intellektual müsabiqənin məktəb turu keçirildi

     17 dekabr  2020-ci il tarixində VIII-XI sinif şagirdləri arasında “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin distant məktəb turu keçirilib. Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işnin davamlı təşkilinə nail olmaq, Vətən Müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirmək, həmçinin Azərbaycanın, xüsusilə də işğaldan azad olunmuş ərazilərin tarixi, mədəniyyəti, coğrafiyası, tanınmış şəxsiyyətləri, tarixi abidələri barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılmasından ibarətdir.

 Müsabiqə 2 turdan ibarət idi. Suallar çox ətraflı hazırlanmışdı. Finalda 8 A sinif şagirdi Əsədzadə Zəhra qalib gələrək, I yerə çıxdı. Beləliklə məktəb turu başa çatdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi