Ümummilli lider Heydər Əliyevin anım günü böyük ehtiramla yad edildi.

     12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü  70 Nli məktəb lisey şagirdləri tərəfindən onlayn şəkildə bir sıra dərslər,təqdimatlar nümayiş etdirilərək hörmət və sevgilə yad edildi. Öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həm ibtidai siniflər, həm yuxarı siniflər maraqlı dərslər təqdim etdi. Bir neçə şagird fərdi olaraq referatlar , təqdimatlar təqdim etdi. Şagirdlər tərəfindən Dahi Liderin Ölməz həyat yolundan, misilsiz uğurlarından danışıldı. Vətəni sevən , Azərbaycan üçün yaşayıb,yaradan Lider kimi bir zamanlar - Azərbaycan dünyaya günəş kimi doğacaq demişdir. Bəli artıq bu deyim öz sübutunu tapdı. Siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandan cənab prezident İlham Əliyev - Qarabağ Azərbaycandır! devizi altında 30 illik həsrətə son qoyaraq ,ata vəsiyyətini yerinə yetirib,ərazi bütövlüyümüzü bərpa etdi. Bunun üçün Rəşadətli Ordumuza və Lider İlham Əliyevə sonsuz təşəkkürlər bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi