" Şanlı Qələbə " yə həsr olunmuş virtual toplantı təşkil edildi

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin " AZƏRBAYCAN XALQININ TARİXİ QƏLƏBƏSİNİN TƏDRİSDƏ ƏKS ETDİRİLMƏSİ HAQQINDA " fəaliyyət planına əsasən 27.11.2020 tarixində məktəbin pedoqoji kollektivi ilə "Böyük Vətən müharibəsində Şanlı Qələbəmiz " mövzusuna həsr olunmuş virtual toplantı təşkil edildi. Görüşü məktəb liseyin direktoru Ü.İsmayılova açaraq, kollektivi Azərbaycan xalqının şanlı qələbəsi münasibətilə ürəkdən təbrik etdi . Məktəbin Şəhid məzunları Cəfərov Vüqar , Əliyev Eldar ,Ağabəyov Oqtay və Şükrani Şükran kimi igid oğullarını böyük qürurla anıb, onların timsalında adlarını tarixə qızıl hərflərlə yazmış bütün şəhidlərimizə rəhmət dilədi.
Bundan sonra bir neçə müəllim yaşadıqları sevinc və fəxarət hisslərini bildirdilər. Pedoqoji kollektiv adından bu Şanlı Qələbəni bizə yaşadan Ali Baş Komandan, əvəzolunmaz lider İlham Əliyev ,Müzəffər və Qüdrətli Ordumuza böyük minnətdarlıq bildirildi.