Qələbəyə aparan yol.

Bu gün biz tarixin ən qısa sürən müharibələrindən birinin şahidi olduq, yox, şahidi olmadıq, bu müharibəni yaşadıq. Sanki bu 44 gündə biz bir millət kimi həm özümüzü, həm də Ali Baş Komandanımızı kəşf elədik. O komandanımız ki, müharibə başlayandan bitənə kimi xalqı ilə bir oldu. Xalqı ilə sevindi, xalqı ilə güldü. Bütün gücünü, qüvvəsini, zehnini, düşüncəsini, siyasi gedişlərini 30 ildir “Qordi” düyünü kimi açılmayan Qarabağ probleminin həllinə sərf elədi.
Bəzən öz çıxışları ilə dünya mediyasının ən öndə gedən, aparıcı mətbuat orqanlarına, televiziya kanallarına çox dəqiq, faktlara əsaslanan arqumentlərlə şillə kimi cavab verdi, bəzən də düşmənini sadə xalq dili ilə yıxıb-sürüdü. Yox, yıxıb-sürümədi, baltanı lap ağacın dibindən vurdu. Elə vurdu ki, 30 il əzəli, dədə-baba torpaqlarımızda utanmadan, həyasızcasına yallı gedən, qol götürüb oynayan yalançı Tiqranın, fahişə Anahitin törəmələri şanlı ordumu-zun cəngavər igidləri tərəfindən köstəbək kimi deşib girdikləri oyuqlardan cənab prezidentimizin dediyi “ iti qovan” kimi qovuldular.
Bu müharibə başqa müharibələrə bənzəmədi. İndi erməninin qarşısında nə 1993-cü ilin Azərbaycanı, nə də silahsız, əliyalın xalqı dayanmışdı. İndi öz hərbi gücü və taktikası, rəşadətli ilə dünyaya meydan oxuyan Azərbaycan ordusu və onun hərtərəfli dünyagörüşə malik siyasi rəhbəri vardı. Bu müharibə torpağının hər qarışı uğrunda pələng kimi döyüşən igidlərin qanı ilə aparılırdı. Belə döyüş, belə dövlət, belə Vətən sevgisi görən olmamışdı. Dağ yuxarı, şəhidi, yaralısı çiynində, qan-tər içində döyüşə-döyüşə üzüyuxarı Şuşaya doğru qalxırdı Azərbaycan əsgəri. O Şuşaya ki, Cabbar Qaryağdının, Xan əminin “Qarabağ şikəstəsi”nin zənguləsi qayalarında əks-səda vermişdi. Şuşaya can atırdı Azərbaycan ordusu. Şuşa Qarabağın döyünən ürəyi, vuran nəbzi idi. Son nöqtəni, yox, son nidanı qoymağa tələsirdik. Axı 28 il yarım idi biz Şuşaya, Şuşa bizə həsrət qalmışdı. Cıdır düzündə köhlən vuran məşhur Qarabağ atlarınin belində şəstlə oturan igidlər əllərində üçrəngli bayrağımız hazır dayanıb. Artıq bu həsrətin bitməyinə sayılı günlər qalırdı. Biz buna Ali Baş Komandanımızın hər çıxışında ordumuzun azad etdiyi şəhərlərimizin, kəndlərimizin adlarını gözündə sevinc, səsində qürurla dediyi zaman inandıq. Və bu inam, bu cəsarət bizi Şuşaya apardı. Düz 28 il yarım işğal altında olan Şuşaya may ayının 8-də üçrəngli bayrağımızın endirildiyi binanın başına yenidən Zəfər bayrağımız sancıldı. Şuşanın azad edilməsilə, şəhidlərimizin intiqamının alınması ilə bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi.
Şuşanın işğaldan azd edilməsi müharibənin sonu oldu. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Preziden İlham Əliyev 43 gün davam edən müharibənin bitdiyini bəyan elədi. Bu qələbə torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin , qazilərimizin , şanlı ordumuzun və Ali Baş Komandanımızın qələbəsi idi. Bu həm siyasi, həm də müzəffər ordumuzun qələbəsi idi. Bu həm də Qarabağın qələbəsi idi.
Qələbən mübarək, AZƏRBAYCAN!
Bakı şəhəri Nizami rayonu 70 nömrəli məktəb-liseyin müəllimi Zeynəb Səfərova.