Onlayn pedaqoji şura təşkul edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarı ilə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulub. Pandemiya ilə əlaqədar olaraq, dərslərin "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilməsi, həmçinin şagirdlərə “Dərs vaxtı” teledərsləri izləmək tövsiyə olunur.
Qərarın müddəaları ilə pedaqoji kollektivi tanış etmək məqsədilə noyabrın 1- də rəhbərlik tərəfinfdən Microsoft Teams platforması üzərindən onlayn Pedaqoji şura iclası təşkil edildi. Görüşdə müəllimlərə distant dərsin cədvəlləri, dərsin düzgün təşkili və bir sıra vacib məsələlər barəsində məlumatlar çatdırıldı. Müəllimlərin sualları məktəb müdiriyyəti tərəfindən cavablandırıldı.