Məktəb kollektivi igid əsgərlərə sovqat payı göndərdi

Bakı çəhəri 70 nömrəli məktəb liseyin müəllim və valideyn kollektivi könüllü olaraq cəbhədə döyüş bölgəsində döyüşən igid oğullarımıza sovqat hazırlayıb yola saldı. Hər bir qutunun içində əsgərlərimiz üçün valideyn və şagirdlər tərəfindən sevgi və qayğı ilə toplanmış müxtəlif əşyalar var idi. Ən əsası əsgərlərimizə Vətənə olan böyük sevgi, sağ salamat geri qayıtmaları üçün edilən duaları və onlara sonsuz inamlarını bildirən sevgi məktubları yazıilmışdı. Cənab Ali baş komandan başda olmaqla Allah əsgərlərimizə yar və yardımçı olsun. Qələbə bizimdir, Qarabağ Azərbaycandır !!!