15 sentyabr- " Bilik Günü" dür

70 N li məktəb lisey 15 sentyabr Bilik günündə tam karantin qaydalarına uyğun şəkildə ibtidai sinifləri qəbul etdi. Şagirdlər ara məsafəsi saxlamaqla təyin olunmuş yerlərdə dayanıb, məktəbin tibb işçiləri tərəfindən hərarətləri ölçülüb, əllər dezinfeksiya edildikdən sonra sinif otaqlarına ötürülürdülər. Həftəlik təyin olunmuş növbətçilik cədvəli əsasında şagirdlər dərsarası belə nəzarət edilir, qaydarın pozulmamasına köməklik göstərilir. Arzu edirik pandemiya dövrü bitər, məktəb qapıları bütün şagirdlərin üzünə açılar.