Online valideyn iclası keçirildi

13 aprel 2020 ci il tarixində 70 № məktəb-lisey karantin günlərində 5 , 6 və 7 ci sinif valideynləri ilə online görüş təşkil etdi. Valideynlər keçirilən dərslər barədə fikirlərini söylədi, onları narahat edən məqamlardan danışdı. Görüşdə valideylərə bir daha Virtual məktəb, Dərs vaxtı layihələri barədə , növbəti həftədə məktəbin 5- 10 sinif şagirdləri üçün keçirəcək online- monitorinq barədə ətraflı məlumat verildi. Sonda davamlı olaraq keçirilən online dərslər və çəkilən zəhmətə görə müəllimlərə, təşkil olunmuş bu görüş və böyük qayğı üçün isə Ülviyyə xanıma təşəkkürlər edildi.