" İngilis dili" fənn aylığında silsilə tədbirlər keçirildi

      Məktəbin İngilis dili fənni kafedrası tərəfindən bu ay İngilis dili fənn aylığı adı altında bir sıra işlər təqdim etdi. Paralel siniflər üzrə 5 və 6 cı siniflər üzrə Ağabalayeva Məlahət müəllimənin başçılığı ilə, bir neçə digər müəllimləri köməliyi ilə Qırmızı Papaq nağılı və Otello əsərindən kiçik səhnəciklər təqdim edildi. Şagirdlər bu səhnəcikləri düzgün təlləffüz və intonasiya ilə tamaçılara çatdırdılar. Bundan əlavə 7 və 8 ci siniflərlə Dünyamalıyeva Xəyalə və Bayramova Adilə və s müəllimlərin digər tədbiri keçirildi. Şagirdlər şer parçaları, musiqi nömrələri, rəqslər və maraqlı səhnəciklər nümayiş etdirdilər. Xarici dilin tədrisində bu kimi tədbirlər çox təqdirə layiqdir. Əziyyət çəkən müəllimlər və şagirdlərə isə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi