21 fevral Ana Dili Günüdür

70 № məktəb - lisey 20 fevral tarixində 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirdi. Bu tədbir 6 B sinif şagirdləri və Ana dili müəllimi Qarayeva Südabə tərəfindən hazırlanmışdı. Şagirdlərin gözəl çıxışları, səhnəcikləri maraqla izlənildi. Böyük Şəhriyar ilə anası arasında olan " Ana dili " haqqında olan söhbəti şagirdlər tərəfindən kiçik səhnəcik kimi təqdim olundu. Sonra şer parçaları və musiqi nömrələri nümayiş edib, Ana dili tarixindən, onun əzəmətindən bəhs etdilər.