" Ədəbiyyat biliciləri " müsabiqəsinin məktəb turu keçirildi.

Təhsil Nazirliyinin "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrinə uyğun olaraq 10.01.2020-ci il tarixdə 70 N li məktəb-liseydə "Ədəbiyyat biliciləri" müsabiqəsi keçirildi. Müsabiqə Azərbaycan dil və ədəbiyyat fənn kafedrası müəllimlərinin nəzarəti altinda məktəb kitabxanasında baş tutdu. Müsabiqədə VIII-XI sinif şagirdləri iştirak edərək, oxuduqları bədii əsərlərin onların dünya görüşlərində, mənəviyyatlarında oynadığı rol barədə sərbəst fikirlərini yazdılar.