31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ

  70 Nli məktəb lisey 26 dekabr 2019 cu il tarixində 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə İdman və Biz adlı musiqili idman festivalı nümayiş etdirdi.Bu tədbirin format olaraq tam orijinal və rəngarəng olmağ hamı tərəfindən böyük marağa səbəb oldu.İbtidai sinif müəllimi Heydərova Ülkər müəllimi və 3 Ə sinif şagirdləri tərəfindən hazırlanmışdı. Məktəbin idman fənn müəllimi Qabilov Rövşən bu işdə yardımçı oldu. Festival ilk olaraq şagirdlərin milli geyimdə əllərində dövlət bayrağı dalğalandıraraq ilə idman zalına daxil olaraq başlandı. Məktəbin idmançıları  Bədəlov Eltun karate üzrə Respublika Çempionu ,Məmmədov Yusif Cüdo üzrə Respublika çempionu ,Şabanov Murad Badminton üzrə Qızıl medalçımız və Guləş üzrə Cəbiyev İbrahim böyük fəxrlə tədbirə dəvət olundular.Tədbir iştirakçıları tərəfindən müxtəlif idman- gimnastika, karate komanda şəklində oyunlar və s musiqi nömrələri nümayiş etdirildi. Tədbirə qonaq kimi dəvət olunan  Nizami rayon İcra Hakimiyyətinin Gənclər İdman İdarəsinin nümayəndəsi Tural müəllim çıxış edərək, bu festival haqqında dəyərli sözlər söylədi.       

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi