“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda seminar

    .

 “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin təşkil edilməsinin əsas məqsədi Ulu Öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasıdır.

   70 N li məktəb liseydə 26 dekabr 2019 - cu il tarixində dahi lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı seminar keçirildi.  Seminarda  Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynadığı barədə məruzələr dinlənili. “Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi”, “Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı”, “Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz” və digər mövzulardakı məruzələrdə tarix müəllimiləri tərəfindən  Ulu öndərin böyük siyasətinin hərtərəfli öyrənilməsinin böyük əhəmiyyətə malik olduğu vurğulandı. Böyük əhəmiyyət daşıyan bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmalarına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmalarına xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi