“ Valideynin məktəbdə bir günü ” layihəsi keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən 17 dekabr 2019 cu il tarixində 70№ li məktəb-liseydə “Valideynin məktəbdə bir günü” layihəsi təşkil olundu.
Tədbirdə iştirak edən valideynlər qeydiyyatdan keçdikdən sonra məktəbin akt zalında məktəb rəhbərliyi ilə görüş keçirildi. Görüş zamanı məktəbin direktoru Ülviyyə İsmayılova layihənin mahiyyəti barədə valideynlərə geniş məlumat verdi. Məktəbdə aparılan işlər və qarşıda duran məqsədlər barədə söhbət aparıldı. Daha sonra valideynlər məktəb kitabxanası, yeməkxanası, fənn kabinələri, idman zalında olub, məktəb mühiti ilə daha yaxından tanış oldular.
Görüşdən sonra valideynlər məktəbin dərs cədvəlinə uyğun olaraq dərslərdə iştirak etdilər. Dərslər bitdikdən sonra " Özünə inam " adlı psixoloji-seminar keçirildi.
Sonra şagirdlər tərəfindən hazırlanmış konsert: səhnəciklər, milli rəqs və musiqi nömrələri nümayiş etdirildi. Lahiyənin əsas məqsədi valideynlərin övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqamətində valideyn-məktəb əlaqəsinin möhkəmləndirilməsidir.