Ümummilli lider Heydər Əliyevin anım günü keçirildi

12 dekabr tarixində 70 N li məktəb liseydə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirildi. Məktəb foyesində Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş guşə hazırlanmışdı. Əvvəlcə şagirdlər Ümummilli lider Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad edərək məktəb foyesindəki tablonun önünə tər gül dəstələri qoyublar. Bütün siniflərdə tarixi şəxsiyyət fenomen insan - Ümummilli lider Heydər Əliyev haqqında məruzələr edilib , şerlər söylənildi.