ŞAGİRD TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASI İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ GÖRÜŞ

16 oktyabr 2024-cü il tarixində məktəb rəhbərliyi tərəfindən VIII-IX sinif valideynlərinin iştirakı ilə şagird davranış qaydaları və təhlükəsizliyi mövzusunda maarifləndirici görüş keçirildi. 
       Təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə keçirilən tədbirdə məktəb rəhbəri şagird davranış qaydalarının nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən etdiyini, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verdiyini vurğuladı. 
       Daha sonra şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı müzakirələr aparıldı. 
       Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

#mekteb64 #sagirdtehlikesizliyi #edutehsil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi