"Məktəblərdə Məhəmməd Füzuli ayı"

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinin icrasına uyğun tədbirlər keçirilir.

Məktəbimizdə "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi" adı altında tarix fənni üzrə 7-ci siniflər arasında viktorina keçirildi.Azərbaycan dili və ədəbiyyat müəllimi Ruhiyyə Yusifov Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında geniş məlumatlar verdikdən sonra yarış başlandı. Tarix müəllimlərin təşkilatçılığı ilə təşkil olunmuş viktorinada məktəb rəhbərliyi,psixoloq,müəllimlər və şagirdlər iştirak edirdilər.

Kahoot onlyan platformasında Tarix fənn üzrə təşkil edilmiş viktorinada I yer Səfəvilər(7ç sinfi) ,ll yer Qarabağ(7c sinfi) ,lll yer Turan qrupu (7a sinfi) qazanmışdır,sonda qaliblər diplomla mükafatlandırıldı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi