"Öyrənmə modelinizi müəyyən edin " adlı seminar

Məktəbimizin psixoloqu Aysel Xudiyeva 7ç sinifdə sinif rəhbəri Qasımova Aytəkin,UBR Quliyeva Sevda, fənn müəllimi Rəhimova Sevdanın iştirakı ilə "Öyrənmə modelinizi müəyyən edin" adlı seminar təşkil olunmuşdur.

Biz adətən bəzi müəllimlərin izah etmə tərzini daha çox sevir və onların dərslərinə həvəslə yanaşırıq. Digərinin dərslərinə isə nə qədər diqqətlə qulaq asmağa çalışsaq da ciddi irəliləyiş əladə edə bilmirik. Bəzən də elə olur ki, bir uşağın yüksək nəticə almasına tövhə verən repetitor eyni səviyyəli başqa bir uşağa heç bir kömək edə bilmir. Bu cür halların səbəbi haqqında heç düşünmüsünüzmü? Səbəb müxtəlif öyrənmə tipləridir. Elə ola bilər ki, sizin öyrənmə modeliniz müəllimin öyrətmə modelinə uyğun gəlməsin. Bu isə sizin öz qabiliyyətləriniz haqqında yanlış qənaətə gəlməyinizə səbəb olur, sizdə inamsızlıq və ya fənnə qarşı soyuq münasibət formalaşdırır.

Alimlər və psixoloqlar fərqli öyrənmə tiplərini müəyyən etmək üçün müxtəlif modellər və metodlar işləyib hazırlayıblar. Bəzi uşaqlarda və ya yetkin yaşlı insanlarda bu tiplərdən biri dominant olsa da, bir sıra insanın qavrama modelində onlardan bir neçəsi balanslı şəkildə təmsil olunur. Öyrənmə prosesi insanların qavrama tiplərinə uyğunlaşdırıldıqda proses daha səmərəli nəticə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi