Müsteqillik Günü münasibetile"Şuşa,sen azadsan!"adlı tedbir keçirilmişdir.

       Z.Əhmədov adına 64 № li tam orta məktəbdə 28 may  Müstəqillik Günü münasibətilə "Şuşa,sən azadsan!"adlı möhtəşəm tədbir keçirilmişdir.Tədbirdə ilk öncə himnimiz səsləndirildi,şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

     Proqrama kiçik şagirdlərimizin Xarı bülbül rəqsi ilə başlandı.Daha sonra mükəmməl şəkildə təşkil olunmuş kiçik səhnəciklər göstərildi.Müəllimlərimiz və şagirdlərimiz şeirlər səsləndirdilər.Sonda məktəbin direktoru Rafael müəllim çıxış etdi.O,çıxışında  şagirdlərin və müəllimlərin tədbirin bu dərəcədə vətənpərvər ruhda təşkil etdiklərini vurğulayarkən çox kövrəldi,təşkilatçılara oz təşəkkürünü bildirdi.

    Tədbir prezidentimizin Şuşanın azad edilməsini elan etdiyi video görüntüylə alqışlar altında sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi