"Zəfər bayramı" ilə əlaqədar tədbir

       04.11.2021 tarixində Xətai rayonu Z.Əhmədov adına 64 nömrəli tam orta məktəbdə "Zəfər Bayramı"ilə əlaqədar tədbir keçirildi.

      Tədbirdə qazilərimiz,şəhid ailələri,müəllim kollektivi və şagirdlər iştirak edirdilər.

       İlk öncə himnimiz səsləndi,sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

       Açılışı məktəbin direktoru R.V.Mehdiyev etdi,daha sonra qazilərimiz və şəhidlərimizin ailə üzvləri çıxış etdilər,şagirdlərə öz dəyərli tövsiyyələrini verdilər,onlara dərslərində müvəffəqiyyət dilədilər.

       Tədbir  şagirdlərimizin səsləndirdiyi şeirlər,mahnılar,göstərdikləri səhnəciklər və rəqslərlə  davam etdirildi.

       Daha sonra "Zəfər Bayramı"ilə əlaqədar keçirilən"İnşa" müsabiqəsinin qalibləri qazilər tərəfindən diplomlarla təltif olundular.

       Sonda qazilərimizlə xatirə şəkilləri çəkdirildi və musiqi sədaları altında alqışlarla tədbirimiz sona çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi